İran prezidenti Soçiyə yola düşüb
İran İslam Respublikası prezidenti Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə İran, Türkiyə və Rusiya prezidentlərinin iclasında iştirak etmək üçün bu gün səhər Soçiyə yola düşüb.
Birgünlük Soçi iclasının mehvəri Suriyada siyasi stabilliyin bərqərarı, suriyalı didərginlərin geri dönmələri, bu ölkəyə asayişin qaytarılması və regional terrorizmlə birgə mübarizə elan olunub.
Bu iclasda həmçinin Astana prosesi adlı müzakirələrin nəticələri, Suriya hakimiyyəti və bu ölkənin bərpası dövründə həmkarlıq ətrafında fikir mübadiləsi aparılacaq.
İran prezidenti Həsən Ruhani qərar üzrə Soçi iclasının kənarında Rusiya və Türkiyənin prezidentləri ilə ayrı-ayrılıqda görüşməlidir.
İran, Türkiyə və Rusiya prezidentləri ilk dəfə 2017-ci ildə Rusiyanın Soçi şəhərində Suriya barədə birgə iclas keçirdilər və o zamandan bəri bu üç ölkə Suriya məsələlərinin həllində təsirli rol oynayıbdır.