Zərif: Avropa Amerika ilə qarşılaşmağın xərcini ödəməlidir
https://azeri.sahartv.ir/news/İran-i335002-zərif_avropa_amerika_ilə_qarşılaşmağın_xərcini_ödəməlidir
İranın xarici işlər naziri deyib: İran İslam Respublikası nüvə sazişi, narkotik maddələrin yaxud insan qaçaqmalçılığı sahələrində beynəlxalq ictimaiyyətin təhlükəsizliyinin təmininin xərclərini həmişəlik ödəyə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2019 06:26 Asia/Baku
  • Zərif: Avropa Amerika ilə qarşılaşmağın xərcini ödəməlidir
    Zərif: Avropa Amerika ilə qarşılaşmağın xərcini ödəməlidir

İranın xarici işlər naziri deyib: İran İslam Respublikası nüvə sazişi, narkotik maddələrin yaxud insan qaçaqmalçılığı sahələrində beynəlxalq ictimaiyyətin təhlükəsizliyinin təmininin xərclərini həmişəlik ödəyə bilməz.

İİR Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, İran XİN başçısı Məhəmməd Cavad Zərif dünən Münhen təhülkəsizlik konfransı barədəki tvittində yazıb: Artıq Avropanın Amerikanın özbaşınalıqları ilə qarşılaşmağın xərclərini ödəməsinin vaxtı gəlib çatıbdır. 

İİR xarici işlər naziri Münhen təhlükəsizlik iclasının üçüncü günündə etdiyi çıxışında isə ABŞ dövlətinin nüvə sazişindən çıxması və Avropaya da bu sahədə təzyiqlər göstərməsini qınayaraq bildirmişdir ki, İran tək başına beynəlxalq nailiyyətlərin o cümlədən də nüvə sazişinin qorunub-saxlanılmasının xərclərini ödəyə bilməz və Avropa da bu sahədə xərcləməli və fərqli istiqamət götürməlidir. 

Zərif həmçinin Amerikanın 40 illik təzyiqlərinin İranı diz çökdürə bilmədiyini bildirərək deyib: Amerika bu gün regionda destabilliyin ən əsas mənbəyidir.