Ruhani: Tehran-Dəməşq əlaqələri qardaşlığa və vəhdətə söykənir
İran İslam Respublikasının keçmişdəki kimi Suriyanın xalqı və dövlətinin kənarında olduğunu bildirən İran prezidenti deyib ki, Tehran-Dəməşq əlaqələri qardaşlığa və vəhdətə söykənir.
Həsən Ruhani Tehranda Suriya prezidenti Bəşşar Əsədlə görüşdə Suriyanın xalqı, dövləti və ordusunun terrorçular qarşısındakı qələbəsini dəyərli adlandırıb. Bildirib ki, İran terrorizmlə mübarizə yolunda daim Suriyanın kənarında dayanıbdır.
Ruhani əlavə edib: Tehran Suriyanın siyasi gedişatında, didgərginlərin bu ölkəyə geri dönmələri, sabitlik və bərpa prosesində Dəməşqin kənarında olacaqdır.
İran İslam Respublikasının prezidenti deyib: İran, Rusiya və Türkiyənin dövlət başçıları son Soçi iclasında Suriyanın ərazi bütövlüyünün qorunması vacibliyini vurğuladılar. Onlar Suriya dövlətinin icazəsi olmadan xarici və amerikan qüvvələrin bu ölkədəki iştirakının hər cür davam etməsini pislədilər.
Suriya prezidenti Bəşşar Əsəd də bu görüşdə bildirib ki, Suriyanın xalqı və dövləti regionda və Suriyada təhlükəsizliyin qorunması və terrorçularla mübarizə yolunda İranın rəhbərliyi, dövləti və xalqının qardaşcasına himayələrinə görə daim minnətdardır. O, deyib: Mən bu minnətdarlığı ifadə etmək üçün Tehrana səfər etmişəm.