Fev 26, 2019 17:45 Asia/Baku
  • Ruhani: İran xalqının əzmkarlığı ilə sanksiyalardan keçmək mümkündür
    Ruhani: İran xalqının əzmkarlığı ilə sanksiyalardan keçmək mümkündür

İran İslam Respublikasının prezidenti deyib: İran xalqı bütün problemlərə qalib gəlmək qüdrətinə malikdir və sanksiyalardan keçmək xalqın əzmkarlığı ilə mümkündür.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Mərkəzi Bankın illik yığıncağında bildirib ki, Amerika İranın bank sistemini, neft satışını və digər iqtisadi sahələrini sanksiya etmək üçün əlindən gələni edir. O, əlavə edib: İranın Xarici İşlər Nazirliyi, Neft Nazirliyi və Mərkəzi Bankı Amerikanın iqtisadi təzyiqləri ilə mübarizənin ön xəttində dayanıblar.

Ruhani deyib: Bir qayda olaraq, sanksiya şəraitində ölkənin ticarət balansı yaxşı olmamalıdır. İranın ticarət balansı ötən on bir ay ərzində müsbətdir. Belə ki, İran İslam Respublikası bu müddətdə 40 milyard dollarlıq qeyri-neft ixracatına və 38,5 milyard dollarlıq idxalata malik olubdur.

İranın regionda böyük işlər gördüyünü nəzərə çatdıran İran İslam Respublikası prezidenti əlavə edib: Bu işin bir hissəsini İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah, İranın Xarici İşlər Nazirliyi və İranın iqtisadi sektoru görüblər ki, bu, ölkənin müxtəlif sektorları arasındakı birliyi göstərir.

Ruhani Suriya prezidenti Bəşşar Əsədin bazar ertəsi günü Tehrana olmuş səfərinə də toxunub: Suriya prezidenti İslam İnqilabının Böyük Rəhbərinə, İranın xalqı və dövlətinə minnətdarlıq ifadə etmək üçün Tehrana səfər edibdir.

 

Teqlər