Bütün ölkədə 66 min məhbus əfv və azad edilib
İranın Zindanlar və Təmin və Tərbiyə Tədbirləri Təşkilatının rəisi deyib: Son statistikalara görə, 66 min məhbus İslam İnqilabının Böyük Rəhbərinin əfvinə şamil olubdur ki, onlardan 64 min nəfəri kişi, təqribən iki min nəfəri də qadındır.
İranın Həbsxanalar və Təmin və Tərbiyə Tədbirləri Təşkilatının rəisi Əsğər Cəhangir dünən əlavə edib: Xarici vətəndaş olan 800 mindən çox məhbus İslam İnqilabının Böyük Rəhbərinin əfvindən bəhrələnib və zindandan çıxarılaraq, birtərəfli surətdə öz ölkəsinin rəsmilərinə təhvil verilibdir.
Cəhangiri qeyd edib ki, İslam İnqilabının Böyük Rəhbərinin əfvi xüsusi şikayətçisi olan məhbuslara şamil olmur. O, vurğulayıb: Xüsusi şikayətçi həqqunnas mənasındadır və məhbus mütləq öz şikayətçisinin razılığını əldə etməlidir. Amma əgər bir şəxsin cəzası nağd cəzanın ödənilməsi olubsa və məhkumluq dövrü bitəndən sonra nağd cəzanın ödənişində aciz qaldığına görə, hələ də zindanda qalıbsa, əfv və azadlığa şamil olubdur.
İranın Həbsxanalar və Təmin və Tərbiyə Tədbirləri Təşkilatının rəisi vurğulayıb: Hal-hazırda maliyyə məhkumlarından 4500 nəfərə yaxın məhbus azad edilibdir.