Ruhani: İran xalqı izzət yolunu davam etdirəcək
İran İslam Respublikasının prezidenti düşmənlərin İran xalqının müqaviməti qarşısındakı ardıcıl məğlubiyyətlərini sadalayaraq, vurğulayıb ki, İran xalqı izzət yolunu davam etdirəcəkdir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İranın Lahican şəhərinin əhalisi qarşısında bildirib ki, İran xalqı tarixi bir sınaqda böyük qələbələr qazanıbdır.
O, deyib: İran xalqı düşmənlərin sanksiyaları qarşısında dayandı və onları ağır məğlubiyyətə uratdı.
“Düşmən heç vaxt öz nəhs hədəflərinə çatmayacaq” deyən Ruhani əlavə edib: Düşmən çalışdı ki, İrana qarşı sanksiya tətbiq etməklə dünyanı özü ilə yanaşı etsin, amma bu yolda uğursuz qaldı.
İran İslam Respublikasının prezidenti bütün ölkələrlə konstruktiv anlaşmanı İranın məqsədi adlandırıb və belə deyib: İrandan uzaqlaşmış ölkələr müqəssirdirlər, zira bu gün İran Azərbaycan Respublikası, Rusiya, Qazaxıstan və Türkmənistan kimi qonşu ölkələrlə ən yaxşı əlaqələrə malikdir.