İran ABŞ-ın Tərksilah Konfransındakı qeyri-konstruktiv mövqeyini qınadı
İranın BMT-nin Avropa ofisindəki daimi nümayəndəsi və səfiri ABŞ-ın silahlanmaya nəzarət üzrə beynəlxalq öhdəliklər qarşısındakı məsuliyyətsiz davranışını dünyanın kütləvi qırğın silahlarından təmizlənməsi ideyasının gerçəkləşdirilməsinə mane olan başlıca səbəb adlandırdı.
İRNA-nın məlumatına görə, İranın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi İsmayıl Bəqayi çərşənbə günü axşam illik Təhlükəsizlik Konfransında etdiyi çıxışında ABŞ-ın Yaxın Şərqin nüvə silahlarından təmizlənməsinə mane olmasına və Vaşinqtonun Yaxın Şərqdə nüvə silahına malik olan yeganə tərəf kimi İsrail rejimini dəstəkləməsinə işarə edərək, bu xüsusda beynəlxalq ictimaiyyət tərəfindən ciddi addımların atılmasını istədi.
İranın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi ABŞ hökumətinin nüvə anlaşmasından çıxmaq üzrə birtərəfli hərəkətinə işarə edərək, dedi: Bu addım BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin aşkar formada pozulmasıdır. Digər ölkələri də bu qətnaməni pozmağa təhrik və ya məcbur etmək isə beynəlxalq əlaqələrdə öhdəliklərin pozulması sayılır.
Bəqayi daha sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəfələrlə öz hesabatlarında İranın nüvə anlaşması qarşısında öhdəliklərinə sadiq qaldığını vurğulamasına işarə edərək, dedi: Heç bir beynəlxalq anlaşma birtərəfli qaydada davam etdirilə bilməz.
ABŞ prezidenti 8 may 2018-ci il tarixində birtərəfli qaydada ölkəsinin İran ilə nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının yenidən bərpa olunduğunu elan etdi.