Ruhani: Rəştin İranın ümumölkə dəmiryolu şəbəkəsinə qovuşması böyük uğurdur
https://azeri.sahartv.ir/news/İran-i336266-ruhani_rəştin_İranın_ümumölkə_dəmiryolu_şəbəkəsinə_qovuşması_böyük_uğurdur
İran İslam Respublikası prezidenti, Amerikanın blokadalarına rəğmən Rəştin ümumölkə dəmiryolu şəbəkəsinə qovuşmasını böyük uğur adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2019 12:52 Asia/Baku
  • Ruhani: Rəştin İranın ümumölkə dəmiryolu şəbəkəsinə qovuşması böyük uğurdur

İran İslam Respublikası prezidenti, Amerikanın blokadalarına rəğmən Rəştin ümumölkə dəmiryolu şəbəkəsinə qovuşmasını böyük uğur adlandırıb.

İİR prezidenti Həsən Ruhani bu gün Gilan ostanının mərkəzi olan Rəşt şəhərində mətbuat konfransında etdiyi çıxışında deyib: Region və dünya ölkələrinin rəsmilərinin Qəzvin-Rəşt dəmiryolunun açılışı mərasimində iştirakı dünya xalqlarının divarlara, hətta meksika divarına etinasızlığının göstəricisidir.

İİR prezidenti deyib: İranın dəmiryolu şəbəkəsi region xalqlarını biri-birinə qovuşdurur və bu dəmiryolu şəbəkəsi vasitəsi ilə Fars körfəzi Aralıq dənizinə, Qara dənizə, Avropaya və Avropa Asiyaya qovuşur.

Ruhani Astara-Astara dəmiryolunun nəqliyyatın həcmini 20 min tondan 1 milyon tona çatdıracağını bildirərk deyib: Rəşt-Astara dəmiryolu isə sadəcə əlaqə və nəqliyyat marşrutu deyil həm də böyük bir sivilizasiyanın , region sivilizasiyalarının biri birinə qovuşması simvoludur.