İran İslam Respublikası prezidenti Kazımeyndəki iki imamın məqbərəsini ziyarət etdi
https://azeri.sahartv.ir/news/İran-i336660-İran_İslam_respublikası_prezidenti_kazımeyndəki_iki_imamın_məqbərəsini_ziyarət_etdi
İran İslam Respublikası prezidenti İraqa olan səfəri çərçivəsində bu gün Kazımeyndə İmam Musa Kazım(ə) və İmam Cavadın(ə) məqbərələrini ziyarət etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2019 10:51 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Kazımeyndəki iki imamın məqbərəsini ziyarət etdi

İran İslam Respublikası prezidenti İraqa olan səfəri çərçivəsində bu gün Kazımeyndə İmam Musa Kazım(ə) və İmam Cavadın(ə) məqbərələrini ziyarət etdi.

İRİB-nin bildirdiyinə görə, Həsən Ruhani Kazımeyndə şiələrin iki imamının məqbərələrini ziyarət etdikdən sonra, İraq prezidenti tərəfindən rəsmi qarşılama mərasimində iştirak edəcək.

İran İslam Respublikası prezidenti bu gün bazar ertəsi yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında İraqa səfər etdi.

İkitərəfli əlaqələr habelə, siyasi, iqtisadi və mədəni əməkdaşlıqların genişləndirilməsi İran prezidentinin İraqa olan səfərinin başlıca məqsədidir.