4 iranlı sərhədçi azad edildi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın oğurlanmış sərhədçilərindən daha dörd nəfərinin azad edilməsindən xəbər verib.
Bəhram Qasemi dünən gecə 2018-ci ilin 15 oktyabrında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki Mircavə sıfır sərhəd nöqtəsində terrorçular tərəfindən girov götürülmüş İran sərhədçilərindən digər dörd nəfərin azad edilidiyini bildirərək, bu əzizlərin azad edilmələri üzrə uğurlu əməiyyata görə, Pakistanın dövləti və ordusuna təşəkkür edib. O, ümidvar olduğunu bildiribdir ki, yerdə qalan sərhədçilər də tez bir zamanda nicat taparaq, sağ-salamat İrana qayıdacaqlar.
Qasemi bir daha İran İslam Respublikası ilə Pakistanın nəhs terrorizm fenomeni ilə mübarizə, həmçinin kəşfiyyat və təhlükəsizlik həmkarlıqlarının davam etməsi üzrə əzmkarlıqlarını vurğulayıb.