İranın şimalında leysan yağışlar və daşqın fəsadlar törədib
https://azeri.sahartv.ir/news/İran-i337396-İranın_şimalında_leysan_yağışlar_və_daşqın_fəsadlar_törədib
Son günlər İranın şimal vilayətlərində güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri əmələ gəlib və ağır ziyanlara səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2019 15:24 Asia/Baku
  • İranın şimalında leysan yağışlar və daşqın fəsadlar törədib

Son günlər İranın şimal vilayətlərində güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri əmələ gəlib və ağır ziyanlara səbəb olub.

İranın şimalında yerləşən Mazandaran və Gülüstan vilayətlərinin yerli rəsmiləri son günlərin güclü yağışları nəticəsində çaylarda suyun həcminin normadan 10 dəfə artıq olduğunu və çay kənarı ərazilərin ciddi xəsarət aldığını bildiriblər.

Ötən bazar ertəsi günündən bəri Gülüstan vilayətində 300 milimetrlik yağış qeydə alınıb və dağlıq ərazilərdə qarın hündürlüyü metir yarıma çatıb.

Gülüstan vilayətinin Türkmənistanla sərhəd ərazilərində yerləşən Ağ Qula şəhərinin 70 faizi suyun altında qalıb.

Bu şəhər və ətraf kəndlərə quru və havadan yardımlar davam edir.