Mart 23, 2019 20:05 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri daşqın nəticəsində ziyan çəkənlərə yardım əmri veriblər

İslam inqilabının böyük rəhbəri İranın şimalında Gülüstan və Mazandaran ostanlarında daşqınların ardınca xalq yardımlarına və dövlət aparatlarının ziyan çəkənlərə yardım etmələrini vurğulayıblar.

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün bir müraciətdə Gülüstan və Mazandaran vilayətlərində daşqınların törətdiyi fəsadlara görə dərin təəssüfünü bildirərək buyurublar: Xalq yardımları və dövlət qurumlarının yardıma cəlb olunması və ziyanların ödənilməsi önəmli vəzifədir və insanların çətinliklərinin bir güşəsini aradan qaldıra bilər. 

Həzrət Ayətullahül-üzma Xamenei həmçinin İranın cənubunda Xuzestan ostanında da daşqın nəticəsində yaranmış problemlərə toxunaraq bildiriblər: Hamı müxtəlif bölgələrdə daşqından ziyan çəkənlərin yardımına tələsməlidir. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də Gülüstan ostanında daşqınların fəsadlarının aradan qaldırılması və ziyan çəkənlərin ehtiyaclarının təmini üçün  lazımı tədbirlərin həyata keçirilməsinə dair fərman imzalayıb. 

Teqlər