Mart 26, 2019 14:38 Asia/Baku
  • Ruhani seldən zərər çəkənlərin işinə təcili baxılmasını vurğulayıb

İran İslam Respublikasının prezidenti ölkənin müxtəlif məntəqələrində seldən zərər çəkənlərin işinə təcili baxılmasını vurğulayaraq, bildirib ki, bütün orqanlar seldən zərər çəkənlərə kömək üçün səylərini ikiqat artırsınlar.

Həsən Ruhani bu gün ölkənin böhran komitəsinin iclasında ordu və Sepah-dan istəyibdir ki, öz imkanları ilə seldən zərər çəkmiş məntəqələrdə suyun boşaldılması sahəsində, həmçinin mühəndislik sahəsindəki bacarıqlarına görə, icra orqanlarının kənarında öz səylərini ikiqat artırsınlar.

İranın energetika naziri Reza Ərdəkaniyan da böhran komitəsinin iclasında deyib: Sel nəticəsində içməli su sistemləri ziyan görmüş 17 şəhər və 635 kənddən hazırda təkcə 84 kəndə tankerlə su çatdırılır və yerdə qalan şəhər və kəndlərin problemləri aradan qaldırılıbdır.

Son günlər misli görünməmiş yağıntılar nəticəsində İranın bir neçə vilayəti, o sıradan Qolestan, Mazandaran, Fars və Lorestan daşqınlara məruz qalıblar.

Son məlumatlara görə, dünən Şirazda baş vermiş daşqın nəticəsində 19 nəfər ölüb, 105 nəfər də yaralanıbdır.

Teqlər