Ruhani: İran dövləti seldən zərər çəkənlərin xəsarətlərini təmin edəcək
İran İslam Respublikasının prezidenti deyib ki, İran dövləti özünün bütün imkan və bacarıqları ilə seldən zərər çəkmiş bütün kəslərin xəsarətlərini təmin edəcək.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında ölkənin bəzi vilayətlərində sel hadisəsinin baş verməsindən təəssüf ifadə edərək, əlavə edib: Ötən qırx ildə görülmüş tədbirlər yaxşı nəticələr verib, amma yetərli deyil və daha artıq addımlar atılmalıdır.
Ruhani çayların diblərinin təmizlənməsi, təhlükə qarşısında olan şəhərlərin qorunması üzrə əhatəli layihənin işlənib hazırlanması, suyun nohura və əsas çaylara doğru istiqamətləndirilməsi, su bəndləri və anbalarının yaradılması, şose və dəmir yollarının kosntruksiyasının yenidən nəzərdən keçirilməsini təhdidi fürsətə çevirmək üzrə lazımı tədbirlərdən adlandırıb.
Son günlər misli görünməmiş yağıntıların ardınca İranın Qolestan, Mazandaran, Fars və Lorestan vilayətləri daxil olmaqla ölkənin bir neçə vilayətində sel və daşqın baş verdi.
Bazar ertəsi günü Şirazda baş vermiş sel hadisəsində 21 nəfər həlak oldu, onlarla nəfər də yaralandı.