Apr 02, 2019 17:16 Asia/Baku
  • Brayan Huk İrana qarşı iddialarını davam etdirir
    Brayan Huk İrana qarşı iddialarını davam etdirir

ABŞ Dövlət Departamentində anti-İran əməliyyat qrupunun başçısı bir daha İrana qarşı əsassız iddialar səsləndirdi.

ABŞ Dövlət Departamentində anti-İran əməliyyat qrupunun başçısı Brayan Huk Misirin Əl-Ğəd telekanalına verdiyi müsahibədə İrana qarşı yeni ittihamlar səsləndirib. Brayan Huk bu müsahidə ABŞ-ın İranın mürəkkəb maliyyə proqramını aşkar üzə çıxardığını iddia edib. Bu iddiaya əsasən İran öz hərbi qrumlarının ehtiyaclarını təmin etmək üçün ABŞ-ın maliyyə sisteminə nüfuz etmək üçün mürəkkəb bir maliyyə mexanizmi hazırlayıbmış

Brayan Huk həmçinin, İranın neft tankerlərindən istifadə edərək, Suriyaya hərbi təchizatlar köçürdüyünü iddia edib.

Bu ABŞ rəsmisi daha sonra İrana qarşı sanksiyaların və təzyiqlərin daha da artırılmasına təkid edərək, deyib: ABŞ İranın raket proqramına görə, iki yeni sanksiya paketi hazırlayıb.

ABŞ höuməti 2018-ci ildə İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı nüvə sanksiyalarını yenidən bərpa etdi.

Donald Tramp ötən aylarda İrana qarşı "maksimum təzyiq" siyasəti çərçivəsində BMT-nin qətnamələrinə zidd olaraq, bir neçə mərhələdə sanksiyalar tətbiq edib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyalarda məqsədinin İran xalqına təzyiq göstərmək olduğunu bildirərək, deyib: Onlar heç vaxt öz məqsədlərinə çatmayacaqlar.

Teqlər