Apr 04, 2019 09:36 Asia/Baku
  • Zərif: Avropa ABŞ qarşısında acizdir
    Zərif: Avropa ABŞ qarşısında acizdir

İran İslam Respublikasının xarici işlər naziri: Avropalılar ABŞ qarşısında acizdirlər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Avropa dövlətlərinin İran ilə nüvə anlaşması qarşısındakı rəftarları və İran İslam Respublikasının xarici diplomatiya idarəsinin bununla bağlı proqramları haqda dedi: Avropalılar ilk başda nüvə anlaşmasına bir uğur kimi baxırdılar. Amma, ABŞ-ın sanksiyaları qarşısında dayanmaq üçün kifayət qədər gücləri yoxdur. 

Zərif həmçinin dedi: Avropalılar nüvə anlaşmasını qorumaq üçün müəyyən səylər göstərdilər. Amma, İslam İnqilabının Böyük Rəhbərinin də buyurduqları kimi, bu səylər kafi deyil. Hətta, bəzi hallarda bu səylər Avropalıların problemlər ilə üzləşməyə hazır olmadıqlarını göstərmiş oldu. 

İranın xarici işlər naziri İslam Respublikasının daim avropalıları nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl etməyə məcbur etməyə çalışdığını deyərək, bildirdi: Bu istiqamətdə və diplomatiya müstəvisində avropalılar ilə çalışmalarımız davam etdirildi. Amma, İran heç vaxt Avropaya bel bağlamayıb. 

Məhəmməd Cavad Zərif həmçinin, Tehranın xarici siyasətdəki prioriteti barədə dedi: İran rəsmilərinin ən sıx səfərləri və görüşləri Rusiya, Çin və Türkiyə kimi ənənəvi şəriklər və qonşu ölkələr ilə olub. 

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei Məşhəd şəhərində, İmam Rzanın(ə) pak hərəmində etdikləri Novruz müraciətində dedilər: Nüvə anlaşması məsələsində avropalıların vəzifəsi ABŞ-ın qarşısında dayanmaq idi. Amma, müxtəlif bəhanələrlə dayanmadılar və praktiki olaraq nüvə anlaşmasından çıxdılar. Yəni, İrana qarşı yeni sanksiyalara səbəb oldular. 

Teqlər