Laricani: Amerika dünyada məsuliyyətsiz bir ünsürdür
İran İslam Şurası Məclisinin sədri Amerikanın iqtisadi terror hərəkətləri etdiyini bəyan edərək, deyib ki, amerikalıların rəftarı bu ölkəni dünyada məsuliyyətsiz bir ünsürə çeviribdir.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Amerikanın nüvə anlaşması və Paris İqlim Sazişi kimi beynəlxalq müahidə və müqavilələrdən çıxmasına işarə edərək, əlavə edib: Bu rəftarlar göstərir ki, amerikalılar heç bir prinsipə sadiq deyillər.
Laricani Amerikanın öz əsas müttəfiqlərini itirdiyini dilə gətirərək, söyləyib: Dünya ölkələrinin Amerika prezidentinin işğal olunmuş Qolan məntəqəsini birtərəfli şəkildə sionistlərə bağışlamaq qərarını müşayiət etməmələri göstərir ki, Vaşinqton öz müttəfiqlərini itirməkdədir.
İran İslam Şurası Məclisinin sədri həmçinin amerikalıların İranın bəzi vilayətlərindəki son sel məsələsilə rəftarlarını xatırladaraq, deyib: Amerika başçıları o qədər iyrənc rəftarlar nümayiş etdirirlər ki, hətta Qızıl Xaç Təşkilatı və Qırmızı Aypara Cəmiyyəti vasitəsilə seldən zərərçəkənlərə yardımın çatdırılmasına belə mane olurlar.