İran 114 yeni nüvə nailiyyətini təqdim etdi
İran İslam Respublikası prezidentinin iştirakı ilə Milli Nüvə Texnologiyası günündə 114 yeni layihənin təqdimatı mərasimi keçirildi.
9 aprel İranda nüvə alimlərinin xatirəsi və nüvə yanacağı dövriyyəsinin təkmilləşdirilməsini anmaq üçün Milli Nüvə Texnologiyası günü elan edilib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı video-konfrans vasitəsilə 13-cü Milli Nüvə Texnologiyası günündə 20 ədəd İR6 sentrifuqasından təşkil edilmiş zəncirvarı sisteminin, İranın Milli Vakum Texnologiya Mərkəzinin ilk blokunun, uranın zənginləşdirilməsi zamanı yaranan tullantıların emalı mərkəzinin və 6MV nüvə tibbi elektron sürətləndiricisinin açılış mərasimlərini həyata keçirdi.
Daha sonra kuantum texnologiyası, tibb sahəsində tədqiqat xarakteri daşıyan zonal sentrifuqa aparatı, FTİR cihazı, radio dərmanların istehsalı üzrə yeni bir məhsul və oksigen 18-in nümunəsi kimi digər məhsulların təqdimatı oldu.