Apr 09, 2019 13:04 Asia/Baku
  • Salehi: ABŞ-ın həyasız davranışı İranın nüvə sənayesinin inkişafına mane ola bilməyib
    Salehi: ABŞ-ın həyasız davranışı İranın nüvə sənayesinin inkişafına mane ola bilməyib

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri dedi: ABŞ-ın birtərəfli sanksiyaları İranın nüvə sənayesinin makro məqsədlərinə doğru irəliləməsinə mane ola bilməyəcək.

İRNA-nın məlumatına görə, Əli Əkbər Salehi çərşənbə axşamı 9 aprel, Milli Nüvə Texnologiyası günü münasibətilə təşkil edilmiş mərasimdə dedi: İran İslam Respublikası nüvə texnologiyasından müxtəlif formalarda və müxtəlif sahələr üzrə faydalanmaq üzrə öz yolunu var gücü ilə davam etdirir.

İranın Atom Enerjisi Təşkilatının sədri 13-cü Milli Nüvə Texnologiyası günündə ölkə prezidenti Həsən Ruhaninin iştirakı ilə 114 yeni nüvə nailiyyətinin təqdimatına işarə edərək, dedi: Tehran daim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müstəqil və tərəfsiz mövqe sərgiləməsini müsbət qarşılayıb.

İranın Atom Enerjisi Təşkilatının sədri daha sonra "İtryum 90" adlı yeni bir məhsula işarə edərək, dedi: İranın Atom Enerjisi Təşkilatının səhiyyə sahəsindəki irəliyə doğru sıçrayışı İranın sərhədlərini aşıb. Və bu gün bu  təşkilatın məhsulları müxtəlif ölkələrə ixrac edilir.

"İtrium 90" (Yttrium-90) qara ciyər xərçənginin müalicəsində istifadə olunan radio dərmanların istehsalında vacib elementdir.

İranın nüvə sənayesi ötən illərdə inkişaf halında olub və hər il Milli Nüvə Texnologiyası günündə təqdim olunan yeni məhsullar say və keyfiyyət baxımından öncəki il ilə müqayisədə daha üstün olub.

Teqlər