Zərif: Terrorçular və onların himayədarları müsəlman ölkələrin dostluğundan qorxurlar
İran İslam Respublikasının xarici işlər naziri Pakistandakı terror hücumunu pisləyərək, vurğulayıb: Terrorçular müsəlman ölkələrin dostluğundan qorxurlar.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə bir twitter mesajında Pakistandakı son terror hücumunu pisləyərək, yazıb: Terrorçular, ekstremistlər və onların himayədarları müsəlman ölkələrin dostluğundan qorxuya düşüblər.
Terrorizmlə mübarizə yolunda Tehran-İslamabad həmkarlığını vurğulayan İran İslam Respublikasının xarici işlər naziri deyib ki, İran daim Pakistanın xalqı və dövlətinin kənarında dayanıbdır.
Zərif həmçinin Pakistanın baş naziri İmran xanın İrana olacaq 21 aprel səfərinə toxunaraq, bu səfəri iki ölkə münasibətlərinin genişləndirilməsində bir dönüş nöqtəsi kimi dəyərləndirib.
Cümə axşamı günü səhər tezdən naməlum hücumçular Pakistanın Bəluçestan əyalətinin Qvadar şəhərinin ətrafında bir avtobusun sərnişinlərindən 14 nəfəri qətlə yetiriblər.
"Bəluç azadlıq ordusu", "Bəluçestan azadlıq cəbhəsi" və Bəluç mühafizə qüvvələrinə şamil olan "Brass" qrupu bir bəyanatda cümə axşamı günü Məkran-Qvadar şosesindəki teror hərəkətinin məsuliyyətini üzərinə götürüb.
Pakistanın sərhəd korpusu qüvvələrinin uniformasını geymiş silahlı hücumçular sərnişinlə dolu bir avtobusu saxlayıb və öncədən malik olduqları xüsusiyyətlərlə on dörd nəfəri düşürərək, onları gülləbaran ediblər. Yerli mənbhələrin bildirdiklərinə görə, dəniz qüvvələrindən on nəfər, həmçinin aviasiya qüvvələrindən bir nəfər öldürülənlər arasındadırlar.
Pakistanın prezidenti Arif Ələvi və baş naziri İmran xan bu terror hücumunu kəskin tərzdə pisləyiblər.