Apr 21, 2019 16:37 Asia/Baku
  • İranın xarici işlər naziri Şri-Lankaya qarşı terror hücumlarını pisləyib

İran İslam Respublikası xarici işlər naziri Şri-Lankada terror aktlarını pisləyib və bu ölkə dövləti, xalqı və terror qurbanlarının ailələrinin kədərini bölüşüb.

İİR XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bu gün Tvitterdə yazıb: Terrorizm beynəlxalq təhlükədir və onun dini yoxdur və bütün dünya onu pisləməlidir, ona qarşı çıxmalıdır.

Bu gün Şri-Lankanın müxtəlif şəhərlərində törədilən altı partlayışda 187 nəfər həlak olub 500-dən  çox adam yaralanıb. 

Teqlər