İraq rəsmisi: Amerikanın sanksiyaları İraq-İran həmkarlıqlarına təsir göstərməyəcək
https://azeri.sahartv.ir/news/İran-i339292-İraq_rəsmisi_amerikanın_sanksiyaları_İraq_İran_həmkarlıqlarına_təsir_göstərməyəcək
İraqın səhiyyə və ətraf mühit naziri vurğulayıb ki, Amerikanın birtərəfli sanksiyaları İraq ilə İran İslam Respublikası arasındakı səhiyyə həmkarlıqları prosesinə təsir göstərməyəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 03:26 Asia/Baku
  • İraq rəsmisi: Amerikanın sanksiyaları İraq-İran həmkarlıqlarına təsir göstərməyəcək
    İraq rəsmisi: Amerikanın sanksiyaları İraq-İran həmkarlıqlarına təsir göstərməyəcək

İraqın səhiyyə və ətraf mühit naziri vurğulayıb ki, Amerikanın birtərəfli sanksiyaları İraq ilə İran İslam Respublikası arasındakı səhiyyə həmkarlıqları prosesinə təsir göstərməyəcəkdir.

İraqın səhiyyə və ətraf mühit naziri Əlaəddin Əlvan dünən axşam Bağdadda İran İslam Respublikasının səhiyyə naziri Səid Nəməki ilə müzakirələrinin birinci turu başa çatandan sonra onunla birgə mətbuat konfransında IRNA müxbirinin sualına cavabda deyib: Amerikanın birtərəfli sanksiyaları İraq ilə İran İslam Respublikası arasındakı səhiyyə həmkarlıqları prosesinə təsir göstərməyəcəkdir.

Əlvan əlavə edib ki, iki ölkə arasındakı səhiyyə həmkarlıqları heç vaxt bu kimi siyasi məsələlərdən təsir almayacaq və İraq səhiyyə və müalicə sahəsində iki ölkə arasındakı əməkdaşlıqların daha da genişlənməsi və koordinasiyasına çalışacaqdır.