İnqilab Rəhbəri Sepah-ın yeni komandanına briqada generalı rütbəsi veriblər
https://azeri.sahartv.ir/news/İran-i339293-İnqilab_rəhbəri_sepah_ın_yeni_komandanına_briqada_generalı_rütbəsi_veriblər
İran İslam Respublikası Silahl Qüvvələrinin Ali Baş Komandanı dünən axşam İslam İnqilabı Keşikçiləri Korpusunun yeni baş komandanına briqada generalı rütbəsi veriblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 23, 2019 03:27 Asia/Baku
  • 
İnqilab Rəhbəri Sepah-ın yeni komandanına briqada generalı rütbəsi veriblər
    İnqilab Rəhbəri Sepah-ın yeni komandanına briqada generalı rütbəsi veriblər

İran İslam Respublikası Silahl Qüvvələrinin Ali Baş Komandanı dünən axşam İslam İnqilabı Keşikçiləri Korpusunun yeni baş komandanına briqada generalı rütbəsi veriblər.

Yüksək rütbəli hərbi və polis rəsmilərinin iştirak etdikləri bu mərasimdə Həzrət Ayətullahuluzma Xamenei Sepah-ın baş komandanına briqada generalı rütbəsini verəndən sonra ümidvarlıq ediblər ki, briqada generalı pasdar Səlami yeni vəzifədə təşəbbüs, həmçinin yeni əhval-ruhiyyə və nəfəslə hərəkət edərək, irəli gedəcəkdir.

İran İslam Respublikası Silahl Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bir hökmdə Sepah komandanlığındakı dəyərli və yaddaqalan xidmətlərinə görə briqada generalı pasdar Mohəmməd Əli Cəfəriyə təşəkkür edərək, general pasdar Hoseyn Səlamini İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı təyin ediblər.