Apr 25, 2019 18:57 Asia/Baku
  • General Hatəmi: Terrorizm və ekstremizm Asiyanın cənubu və qərbi üçün bir təhdiddir

İran İslam Respublikasının müdafiə naziri bildirib ki, terrorizm və ekstremizm Asiyanın cənubu və qərbindəki ölkələrin sabitlik və təhlükəsizliklərini hədələyir. O, İran İslam Respublikasının Özbəkistan daxil olmaqla bölgənin xeyirxah ölkələrilə həmkarlığa hazır olduğunu bildirib.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün Moskvada keçirilən 8-ci təhlükəsizlik konfransının kənarında Özbəkistanın müdafiə naziri Bahadır Qurbanovla görüşdə deyib: Terrorizm və ekstremizm iki təhlükəli fenomen kimi Amerikanın və onun regiondakı müttəfiqlərinin müdaxilələrinin nəticəsidir.

Özbəkistanın müdafiə naziri Bahadır Qurbanov da iki ölkənin bölgədə malik olduğu ortaq təhlükəsizlik problemlərinə toxunaraq, ümidvarlıq edib ki, terrorizmlə birgə mübarizə istiqamətində Tehran-Daşkənd əməkdaşlıqları daha da genişlənəcəkdir.

İranın müdafiə naziri Moskvada keçirilən 8-ci təhlükəsizlik konfransında iştirak məqsədilə çərşənbə axşamı günü Rusiya paytaxtına daxil olubdur.

Teqlər