ABŞ tarixi işğalçılıq və qarətçilik tarixidir
İnqilab Rəhbərinin ofisinin sədri: Əgər amerikalıların keçmişinə nəzərə salsaq, Avropadan, Britaniya, Fransa və İspaniyadan olan bir qrup oğru və quldurun qızıl axtarmaq üçün Amerika qitəsinə mühacirət etdiyini, oranın həqiqi sahiblərinə yəni qızıldərililərə qarşı soyqırımı və qətliam törətdiklərinin şahidi olarıq.
İRNA-nın məlumatına görə, İnqilab Rəhbəri Ofisinin sədri höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Qolpayeqani cümə axşamı amerikalıların rəftarlarını anlamaq üçün ABŞ-ın tarixini mütaliə etməyi zəruri adlandırdı və dedi: Amerika və Avropada qaradərili olmadığı halda hazırda bu ölkələrdə çoxlu sayda qaradərilinin olduğunu görürük. Onların gördükləri çirkin işlərdən biri Afrika ölkələrindən gəncləri oğurlayıb gəmi ilə Avropa və Amerikaya göndərmək, onları qul kimi sərmayə sahiblərinə satmaq olub.
Qolpayeqani ABŞ prezidenti Donald Trampın bir nasist övladı olduğunu və onun ata-babalarının faşist Almaniyasından Amerikaya mühacirət etdiklərini deyərək, əlavə etdi: ABŞ-ın yaranmasından təqribən 3 əsr ötür. və bütün bu müddət ərzində onlar müharibə və qarətçilik ilə məşğul olublar.
Qolpayeqani həmçinin, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın bacarıqlarına işarə edərək, dedi: Sepah elə bir gücə malikdir ki, Fars Körfəzində üzən və Hörmüz boğazından keçmək istəyən hər bir gəmi İranın şücaətli Sepah-çılarına hesabat verməlidirlər. Əks təqdirdə onlara keçid icazəsi verilməz.