May 08, 2019 21:29 Asia/Baku
  • Zərif: İran-Rusiya nüvə həmkarlığı davam edəcək
    Zərif: İran-Rusiya nüvə həmkarlığı davam edəcək

İranın xarici işlər naziri deyib: Amerikanın hərəkətlərinə rəğmən, İran və Rusiyanın Buşehr AES-də və Fordo nüvə saytındakı həmkarlığı davam edəcək.

Məhəmməd Cavad Zərif bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransında bildirib ki, Tehranın nüvə anlaşmasındakı bəzi addımlarının dayandırılması Amerikanın son sanksiyaları ilə mübarizə üçün həyata keçirilibdir. O, əlavə edib: Amerikalılar regionda şəraiti bir-birinə vurublar və regionda heç bir ölkə Amerikanın əsassız sözlərinə inanmır.

Zərif vurğulayıb ki, İran toqquşma ardınca deyil, amma Amerika öz siyasətlərini kənara qoymalıdır. O, deyib: Amerikalılar regionda çaxnaşma ardıncadırlar.

Teqlər