May 13, 2019 09:51 Asia/Baku
  • Tehran əl-Fucəyrə limanı hadisəsinin dəqiq cəhətlərinin aydınlaşmasını istəyib
    Tehran əl-Fucəyrə limanı hadisəsinin dəqiq cəhətlərinin aydınlaşmasını istəyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən Oman dənizində bir neçə gəmi üçün baş vermiş hadisələri nigaranedici və təəssüflü adlandırıb və bu hadisənin dəqiq cəhətlərinin aydınlaşmasını istəyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün bu hadisələrin dəniz gediş-gəlişinin təhlükəsizliyi və gəmiçiliyin sağlamlığına olan mənfi təsirinə işarə edərək, bədxahların regionda sabitlik və təhlükəsizliyi pozmaq istiqamətindəki hər cür fitnəsi barədə xəbərdarlıq edib və region ölkələrinin xarici amillər tərəfindən hər cür avantüranın törədilməsi ilə bağlı sayıq olmalarını istəyib.

Dünən səhər əmirliklərin şərqində yerləşən əl-Fucəyrə limanında güclü partlayışın baş verməsi haqda təzadlı xəbərlər yayıldı ki, öncə bu xəbər əmirliklərin başçıları tərəfindən təkzib edildi, lakin sonra bu ölkənin xarici işlər nazirliyi bildirdi ki, bu ölkənin regional suları yaxınlığında dörd gəmi təxribatçılıq hərəkətlərinə məruz qalıbdır.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, neft qiymətinin artmasından irəli gələn nigarançılıq bais olub ki, əmirliklərin başçıları bu barədə xəbər senzurasına əl ataraq, hər cür hadisənin baş verdiyini təkzib etsinlər.

Fucəyrə limanı əmirliklərin neft ixracatı üzrə ən mühüm limanıdır və ondan gündə bir milyon 800 min barrelədək neft ixrac edilir.

Teqlər