May 16, 2019 09:51 Asia/Baku
  • Zərif Yaponiyanın baş naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Tokioda Yaponiyanın baş naziri ilə görüşüb və onunla ikitərəfli əlaqələr, həmçinin ən mühüm regional və beynəlxalq məsələlər, xüsusən nüvə anlaşması barədə firkir mübadiləsi aparıbdır.

Yaponiyanın baş naziri Şinzo Abe bu görüşdə ölkəsinin İranla uzun keçmişə malik əlaqələrini qorumağa və genişləndirməyə əzmkar olduğunu vurğulayıb və deyib ki, nüvə anlaşması mühüm bir nailiyyətdir və bu beynəlxalq anlaşmanı qorumağa çalışmaq lazımdır.

Şinzo Abe həmçinin Yaxın Şərqdə gərginliklərin şiddətlənməsindən narahatlıq ifadə edib. O, İranın regionun sabitliyi və təhlükəsizliyinin qorunmasındakı rolu və yerini vurğulayıbdır.

İran İslam Respublikasının xarici işlər naziri öz yaponiyalı həmkarının dəvəti ilə bu ölkəyə səfər edibdir.

Teqlər