Zərif dünya şiələrinin birinci imamının əzadarlıq mərasimində iştirak edib
https://azeri.sahartv.ir/news/İran-i341271-zərif_dünya_şiələrinin_birinci_imamının_əzadarlıq_mərasimində_iştirak_edib
İran İslam Respublikasının xarici işlər naziri Kərbalayi-Muəllada, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü günü ilə bağlı əzadarlıq mərasimində iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2019 04:23 Asia/Baku
  • Zərif dünya şiələrinin birinci imamının əzadarlıq mərasimində iştirak edib
    Zərif dünya şiələrinin birinci imamının əzadarlıq mərasimində iştirak edib

İran İslam Respublikasının xarici işlər naziri Kərbalayi-Muəllada, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü günü ilə bağlı əzadarlıq mərasimində iştirak edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Kərbalayi-Muəllada İslam müqəddəslərini ziyarət etdikdən sonra və İmam Husəyn(ə) və Həzrət Əbəlfəzl Əl-Abbas(ə)-ın pak ziyarətgahlarında olarkən bir qrup iranlı və iraqlı zəvvarla söhbət edibdir.

İranın xarici işlər naziri İraqın yüksək vəzifəli rəsmiləri ilə müzakirələrdən sonra dünən İslam müqəddəslərini ziyarət etmək məqsədilə Kərbalayi-Muəllaya yola düşübdür.

Zərif şənbə günü İraqın paytaxtı Bağdada daxil olduqdan sonra bu ölkənin baş  naziri, prezidenti və parlament sədri ilə görüşərək, onlarla ikitərəfli münasibətlərin genişləndirilməsi və region olayları ətrafında fikir mübadiləsi aparıb.

İranın diplomatiya aparatı başçısının İraqa üçüncü səfəri Amerikanın regiondakı təhrikedici və gərginlikyaradan hərəkətlərinin artması, həmçinin Vaşinqtonun və bəzi ərəb ölkələrinin İraqda əmin-amansızlıq və təhdidlərin artması barədəki təbliğat kampaniyaları ilə bir zamanda həyata keçir.