General Cəlali: İran regionun birinci kiber qüdrətidir
May 29, 2019 13:06 Asia/Baku
İranın mülki müdafiə təşkilatının sədri dedi: İran İslam Respublikası regionda kiber güc baxımından birincidir.
Qulamrıza Cəlali çərşənbə axşamı İranın ikinci telekanalının xüsusi xəbər buraxılışında kiber təhdidlərə işarə edərək, dedi: İran bu təhdidlər ilə üzləşmək üçün kifayət qədər böyük güc əldə edib və bu növdən olan hücumları asanlıqla önləməyə qadirdir.
İranın mülkü müdafiə təşkilatının sədri həmçinin dedi: İran bu ilki kiber sərgidə ötən ilki sərgiilə müqayisədə təqribən 400%-lik inkişafa malik olub. Bu, kiber təchizatların sayı və keyfiyyətinə aiddir.
Cəlali ABŞ-ın Venesuelanın elektrik şəbəkəsinə olan son kiber hücumuna işarə edərək, ABŞ-ı dünyanın ən böyük kiber hücumçusu adlandırdı.