İyun 22, 2019 17:24 Asia/Baku
  • Əmirliklərin Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırtdırılıb
    Əmirliklərin Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırtdırılıb

Amerikanın bir casusluq pilotsuz uçan aparatının bu ölkənin əmirliklərdə yerləşən bir hərbi bazasından havaya qalxaraq, təcavüzkar hərəkət etməsinin ardınca əbu-dəbi-nin müvəqqəti işlər vəkili bu gün İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

İran Xarici İşlər Nazirliyinin Fars Körfəzi İdarəsinin rəisi əmirliklərin Tehrandakı müvəqqəti işlər vəkili ilə görüşdə İranın etirazını ona çatdıraraq, vurğulayıb: Tehran İranın su, quru və hava məkanlarına hər cür təcavüz üçün əcnəbi qüvvələrə şərait yaratmağı qəbul etmir və ölkələr bu kimi hallarda məsuliyyəti öz üzərlərindən götürə bilməzlər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmir Əli Hacızadə cümə günü Amerikanın casusluq pilotsuzunun İran sərhədlərinə təcavüz etməsi haqda belə demişdi: Cümə axşamı saat 00:14 dəqiqədə Amerikanın bir ədəd casusluq pilotsuzu əmirliklərin bazalarından birindən havaya qalxır və uzun yol keçdikdən sonra səhər saat dörddə İranın ərazi sularına daxil olur.

General Hacızadə bildirib ki, İran iki etapda bir neçə dəfə Amerikanın bu casusluq pilotsuzuna xəbərdarlıq etdi. O, əlavə edib: İran sonuncu dəfə saat 03:55 dəqiqədə bu casusluq pilotsuzuna xəbərdarlıq etdi və İranın ərazi sularına yaxınlaşmaqdan vaz keçmədikdə saat 04:05 dəqiqədə bu PUA hədəfə alındı.

Cümə günü İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də ABŞ-ın İrandakı maraqlarının qoruyucusu kimi İsveçrənin Tehrandakı səfirini Amerikanın İranın hava məkanına qarşı təcavüzünə görə çağırtdırmışdı.

 

 

Teqlər