Zərif: Amerika Qərbi Asiyada təhlükə və gərginlik yaradır
İran İslam Respublikasının xarici işlər naziri deyib: İran Qərbi Asiya bölgəsinin təhlükəsziliyini təmin edir və tarix boyu bu bölgənin təhlükəsizliyini təmin edibdir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Afrika gününün kənarında Tehranda müxbirlər qarşısında amerikalıların İranın öz qonşularına təcavüz etmək niyyətinə dair iddialarına reaksiyada əlavə edib: İran heç vaxt öz qonşularına təcavüz etmək niyyətində olmayıbdır.
Amerika Qərbi Asiyada təhlükə və gərginlik yaradıb- deyə Zərif əlavə edib: Əgər amerikalılar İranı aradan götürməklə Qərbi Asiya bölgəsinin təhlükəsziliyini təmin edə biləcəklərini təsəvvür edirlərsə, çox böyük səhvə yol vermiş olurlar, zira bu bölgənin təhlükəsizliyi İrana, İran da bu bölgənin təhlükəsizliyinə ehtiyaclıdır.
İranın xarici işlər naziri həmçinin Amerikanın İslam İnqilabının Böyük Rəhbərinin adını sanksiyalar siyahısına salmaq üzrə hərəkətinə toxunaraq, deyib: Amerikanın bu hərəkəti onların beynəlxalq qanunlarla tam şəkildə tanış olmamalarının nişanəsidir.
Zərif üç Avorpa ölkəsinin İranın nüvə anlaşması üzrə addımları qarşısındakı bəyanatına da işarə edib. Bildirib ki, öz öhdəliklərinə əməl etməyən Avropa ölkələri anti-İran bəyanatı vermək mövqeyində deyillər.
İranın xarici işlər naziri vurğulayıb: İran İslam Respublikası proqram əsasında özünün nüvə anlaşmasındakı öhdəliklərini azaltmağı davam etdirəcək və avropalılar və nüvə anlaşmasının digər üzvləri öz öhdəliklərinə əməl etməklə İranın addımlarını geri qaytara bilərlər.