İran tankerinin müsadirə edilməsi bir dəniz quldurluğudur
İyul 23, 2019 21:44 Asia/Baku
İranın xarici işlər naziri deyib: İran neftini daşıyan tankerin müsadirə edilməsi bir dəniz quldurluğu idi və Amerikanın fərmanı ilə həyata keçirilmişdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bir twitt-də İngiltərənin baş naziri olması münasibətilə Boris Consonu təbrik edərək, əlavə edib: Tehran qarşıdurma ardınca deyil, amma İran Fars Körfəzində 1500 mil sahilə malikdir və onu mühafizə edəcəkdir.
İngiltərənin keçimiş xarici işlər naziri Boris Conson bu gün bu ölkənin baş naziri seçilibdir.