İyul 24, 2019 18:57 Asia/Baku
  • İran ingilis tankerin müsadirəsi barədə BMT TŞ-ə məktub təqdim edib
    İran ingilis tankerin müsadirəsi barədə BMT TŞ-ə məktub təqdim edib

İranın Fars Körfəzində “Stena İmpero” tankerini müsadirə etməsinin ardınca İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bəzi əlaqədar informasiyaları bu orqana əks etdiribdir.

Bu məktubda bildirilibdir ki, bu tanker iyulun 19-da Hörmüz boğazında bir iranlı balıqçılıq gəmisi ilə toqquşaraq, ona zərər vurub və bədən xəsarəti almış gəminin ekipaj üzvlərindən və balıqçılardan bir qrupunun vəziyyəti də ağırdır.

Bu məktuba əsasən, ingilis gəmi bu hadisədən sonra iranlı rəsmilərin xəbərdarlıqlarına məhəl qoymayıb və öz naviqasiya sistemlərini söndürərək, təhlükəli bir hərəkətdə istiqamətini dəyişib və əks istiqamətdə hərəkət edərək, aradan çıxmağa çalışıbdır ki, iranlı qüvvələr onu müsadirə ediblər.

Bu məktubda sonra bildirilibdir ki, İranın Hörmüz boğazında dənizçilik təhlükəsizliyinin qorunması, qayda-qanunun bərqərarı üzrə addımı zəruri idi və beynəlxalq qanunlara əsasən həyata keçirilibdir.

İranın daimi nümayəndəliyi öz məktubunda qeyd edibdir ki, məhkəmə rəsmilərinin göstərişinə əsasən, bu tankerin qanun pozuntusu, o cümlədən dəniz ekologiyasına, iranlı balıqçılıq gəmisinə, həmçinin onun ekipaj üzvlərinə və balıqçılara vurduğu xəsarətlər barədə təhqiqatlar aparılmaqdadır.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi bu məlumatlara istinad edərək, İngiltərənin Təhlükəsizlik Şurasına ünvanladığı son məktubda “Stena İmpero” tankeri barədə irəli sürdüyü iddiaları rədd edibdir.

 

 

Teqlər