General Şərif: Amerikan pilotsuzun vurulması və ingilis tankerin müsadirəsi İranın qüdrət nişanəsidir
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın sözçüsü deyib: Təcavüzkar amerikan casusluq pilotsuzunun İranın ölkə səmasında vurulması və qanunpozan ingilis tankerin Hörmüz boğazında müsadirə edilməsi İslami İranın qüdrəti və güc nümayişi idi.
Briqada generalı pasdar Rəməzan Şərif çərşənbə günü Məşhəd şəhərində keçirilən bir konfransda əlavə edib: Təcavüzkar amerikan casusluq pilotsuzunun İslam İnqilabı Keşikçiləri Korpusnun hava-kosmos qüvvələri tərəfindən vurulduğu gün, virtual mühitdə 20 milyondan çox istifadəçi Sepah-ın bu şücaətli addımına öz dəstəyini elan etdi.
General Şərif söyləyib: İran İslam Respublikası quruluşu İranın ölkə səmasına təcavüz etmiş Amerikanın ən modern pilotsuzunu vurdu, halbuki heç bir ölkə Amerika qarşısında bu kimi hərəkətləri etmək cürətinə malik deyildir.
İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü, Sepah-ın ABŞ prezidenti tərəfindən terrorçu elan olunmasını, Birləşmiş Ştatların bu anti-terrorizm orqanı qarşısındakı acizliyi və çarəsizliyinin kulminasiya nöqtəsi adlandırıb. General Şərif vurğulayıb: Bu gün İran xalqı düşmən fitnələrindən olan dəqiq məlumatla Sepah-a və onun təcavüzkarlar və zorakılar qarşısındakı qətiyyətli addımlarına dəstək verir.
Amerikanın “Qlobal Hauk” casuluq pilotsuzu iyunun 20-də İran İslam Respublikasının ölkə səmasına təcavüz etdikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələri tərəfindən hədəfə alınaraq, vuruldu. Sepah-ın dəniz qüvvələri də iyulun 19-da hadisə yaratdığına, CPS sistemini söndürdüyünə və neft tullantılarını boşaltdığına görə, bir ingils tankeri Hörmüz boğazında müsadirə etdi.