İyul 25, 2019 17:41 Asia/Baku
  • İngilis tankerin qanun pozuntusu BDT-nin nəzərinə çatdırılıb
    İngilis tankerin qanun pozuntusu BDT-nin nəzərinə çatdırılıb

İran İslam Respublikasının Londondakı səfiri deyib ki, İngiltərənin “Stena İmpero” tankerinin Hörmüz boğazındakı qanun pozuntularının detalları bir qeyd kimi Beynəlxalq Dəniz Təşkilatına təqdim olunubdur.

İran İslam Respublikasının Londondakı səfiri Həmid Bəidinejad bu gün twitter-də bir mesaj yayaraq, əlavə edib: Bu gəmi bölgədə bir barkasla toqquşduqdan sonra çıxış yolundan Hörmüz boğazına daxil olub və rabitə sistemini söndürərək, bölgədə dənizçilik qaydalarını təhlükəyə salıbdır.

Teqlər