Avq 01, 2019 07:46 Asia/Baku
  • Zərifin Amerikanın hərəkətinə cavabı
    Zərifin Amerikanın hərəkətinə cavabı

İran İslam Respublikasının xarici işlər naziri Amerikanın sanksiyalarını təsirsiz adlandırıb.

Məhəmməd Cavad Zərif cümə axşamı günü səhərçağı adının Amerikanın sanksiyaları siyahısına salınmasına reaksiyada twitter-də yazıb ki, Amerikanın onu sanksiyalar siyahısına salmasının səbəbi budur ki, o, bütün dünyada İranın ən əsas sözçüsüdür.

İranın xarici işlər naziri “Məgər İran dövlətinin sözçüsü olmaq kimi gerçəklik bu qədər ağrılıdır?” sualının cavabında vurğulayıb ki, Amerikanın sanksiyasının ona və ailəsinə təsiri yoxdur, çünkü İrandan xaricdə heç bir maliyyə və mənafeyə malik deyildir.

İranın xarici işlər naziri bildirib ki, Amerikanın onu öz proqramlarına qarşı böyük bir təhdid hesab etməsinə görə xoşbəxtdir.

ABŞ-ın xəzinədarlıq nazirliyi yerli vaxtla cümə axşamı günü səhərçağı İran İslam Respublikası xarici işlər nazirinin adını sanksiya edilmiş şəxslər siyahısına əlavə etdi.

Amerikanın xəzinədarlıq nazirliyinin bu addımı Zərifin bu ölkəyə son səfəri zamanı çoxlu sayda ABŞ mediasına eksklüziv müsahibə verməsinin ardınca atılıbdır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo açıq şəkildə İranın xarici işlər nazirinin Nyu-Yorkda amerikalı medialara müsahibələr verməsindən hiddət ifadə edibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan öncə Amerika hökuməti tərəfindən sanksiya edilməsinə reaksiyada demişdi ki, onun adının Amerikanın sanksiyalar siyahısında yerləşdirilməsinin yeganə təsiri və ehtimal üzrə yeganə məqsədi, onun əlaqə yaratmaq üzrə bacarığını məhdudlaşdırmaqdır.

 

 

Teqlər