İnqilab Rəhbəri məhkumlardan bir qrupunun əfvi və cəzalarının yüngülləşdirilməsilə razılaşıblar
Səadətli Qurban və Qədiri-Xum bayramları münasibətilə Həzrət Ayətullahuluzma Xamenei ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və dövlət cəza təşkilatının məhkumlarından 1070 nəfərin cəzasının əfvi, azaldılması və dəyişdirilməsi ilə razılaşıblar.
İranın məhkəmə hakimiyyətinin sədri höccətulislam vəlmuslimin Seyyed Ebrahim Rəisi səadətli Qurban və Qədiri-Xum bayramları münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda əfv işləri, Əfv və Bağışlanma komissiyasında araşdırılaraq, şəraitə uyğun bilinmiş məhkumlardan 1070 nəfərin cəzasının əfvi, azaldılması və dəyişdirilməsini təklif edibdir ki, bu təklif Əsas Qanunun 110-cu maddəsinin 11-ci bəndinin icrası istiqamətində Həzrət Ayətullahuluzma Xameneinin razılığı ilə üzləşibdir.
Sabah, 1440-cı hicri qəməri ili zihəccə ayının 18-i, 2019-cu il avqustun 20-si müsəlmanların böyk bayramlarından olan səadətli Qədiri-Xum bayramına təsadüf edir.
Qədiri-Xum, Mədinə ilə Məkkə arasında yerləşən bir məntəqədir ki, əziz İslam Peyğəmbəri(s.ə.s.) vida həccində həmin məkanda dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ı özündən sonra vəli elan etdi.