İranın xarici işlər naziri Malayziyaya daxil olub
İran İslam Respublikasının xarici işlər naziri İranın Asiyanın şərqində fəal diplomatiyasının icrası istiqamətində Malayziya paytaxtı Kualalampura daxil olub.
Məhəmməd Cavad Zərif bu gün Çin və Yaponiya rəsmiləri ilə müzakirələrdən sonra Malayziya rəhbərləri ilə danışıqlar aparmaq məqsədi ilə bu ölkəyə daxil olub.
İran və Malayziya arasında əməkdaşlıqların genişləndirilməsi, əsas regional və beynəlxalq məsələlərin araşdırılması İranın xarici işlər nazirinin Malayziya rəhbərləri ilə müzakirələrində prioritet mövzulardan ibarətdir.
İranın XİN başçısı Malayziyadan öncə Yaponiyada səfərdə oldu və bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşlər keçirdi.
Zərif bazar ertəsi günü də Çinə səfərində bu ölkənin xarici işlər naziri Van İ ilə fikir mübadiləsi apardı.