Əraqçi: İran Amerika ilə müzakirə etməyəcək
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib ki, İran İslam Respublikası amerikalıların İranın avropalılarla müzakirələrindən sui-istifadə etmələrinə icazə verməyəcək.
Əbbas Əraqçi dünən gecə İranın birinci telekanalının saat 21 xəbər buraxılışı ilə söhbətdə bəzilərinin İran və Amerika prezidentlərinin yaxın gələcəkdə görüşəcəklərinə dair təbliğat aparmaları barədə vurğulayıb ki, İranın Ameika ilə müzakirəsi yoxdur.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini bildirib ki, heç bir ölkə maksimum təzyiq altında müzakirəni qəbul etməz. O, deyib: İranın mövqeyi aydındır və əgər Amerika İrana qarşı sanksiyaları götürərsə, 5+1 qrupu formasında müzakirə imkanı var.
İran ilə Amerika arasında müzakirənin həyata keçirilməyəcəyini bildirən Əraqçi deyib: Hətta Fransa İranın xarici işlər nazirini yeddilər qrupunun sammiti ilə bir zamanda Fransaya dəvət edərkən İranın şərti bu oldu ki, Amerika tərəfi ilə heç bir görüş və müzakirə olmasın.
İranın bu baş diplomatı söyləyib: İranın avropalılarla müzakirələri keçirilməkdədir. Bu müzakirələrdə məqsəd və İranın tələbləri məlumdur.
İran İslam Respublikasının prezident adminsitrasiyasının başçısı Məhmud Vaezi dünən Tehranda jurnalistlər qarşısında İran ilə Fransa arasındakı müzakirələrin irəliləyişinə işarə edib. Deyib ki, müzakirənin detalları barədə söhbət etmək üçün gələn həftə İrandan Fransaya iqtisadi bir heyət gedəcək.