Sen 03, 2019 08:05 Asia/Baku
  • 
Zərif: Amerikanın qanun pozuntuları nüvə anlaşması ilə dayanmayacaq
    Zərif: Amerikanın qanun pozuntuları nüvə anlaşması ilə dayanmayacaq

İranın xarici işlər naziri “Russia Today” telekanalı ilə müsahibədə deyib: Avropalılar bilməlidirlər ki, Amerikanın qanunpozma iştahası nüvə anlaşmasının pozulması ilə dayanamayacaq.

Rusiya rəsmiləri ilə görüş məqsədilə Moskvaya səfər etmiş Məhəmməd Cavad Zərif dünən gecə “Russia Today” telekanalı ilə müsahibədə avropalı tərəflərin İranla nüvə anlaşmasına sədaqətini vurğulayaraq, deyib: Avropalılar bilməlidirlər ki, Amerikanın beynəlxalq qanunları pozmaq iştahası hər bir məkan və hər bir zamanda öz xeyrinə olarsa,  nüvə anlaşması ilə dayanamayacaqdır.

Zərif iqlim dəyişiklikləri müahidəsi və qısa və orta mənzilli nüvə raketlərinin qadağanı- INF müqaviləsi daxil olmaqla beynəlxalq öhdəliklərin Amerika tərəfindən pozulmasına işarə edərək, deyib: Amerikanın bu hərəkətləri sonda onların da xeyrinə olmayacaqdır.

İranın xarici işlər naziri əlavə edib: Əgər bir ölkə adət üzündən qanunu pozarsa, o zaman qanun hakimiyyətinin şahidi olmayacağıq və dünya ictimaiyyəti hərc-mərcliyə düçar olacaqdır.

Zərifin bu müsahibəsi bu gün həmin telekanaldan yayılacaqdır.

 

 

Teqlər