İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmasının üçüncü addımının detalları elan olunacaq
İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikası tezliklə Tehranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmasının üçüncü addımının detallarını elan edəcək.
Bir nümayəndə heyəti ilə Banqladeşin paytaxtı Dəkkəyə səfər edən Məhəmməd Cavad Zərif bu şəhərin hava limanında Tehranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmasının üçüncü addımının icrası barədə əlavə edib: Əgər avropalılar cümə axşamı günündən qabaq öz öhdəliklərinin icrası üçün lazımi addımları atmazlarsa, İran üçüncü addıma başlayacaqdır.
İranın xarici işlər naziri vurğulayıb ki, bu addımın atılması müzakirələrin başa çatması demək deyildir və Tehran danışıqları davam etdirəcək və qarşı tərəfin öz öhdəliklərinin icrasına döndüyü zaman İran öz addımlarını dayandıracaqdır.