İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanxay Dəniz Bazasına baş çəkib
https://azeri.sahartv.ir/news/İran-i348468-İran_silahlı_qüvvələrinin_baş_qərargah_rəisi_Şanxay_dəniz_bazasına_baş_çəkib
Çin Ordusunun Baş Qərargah rəisinin dəvəti ilə bu ölkəyə səfər etmiş İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanxay Dəniz Bazasına baş çəkib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 13, 2019 08:48 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanxay Dəniz Bazasına baş çəkib

Çin Ordusunun Baş Qərargah rəisinin dəvəti ilə bu ölkəyə səfər etmiş İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şanxay Dəniz Bazasına baş çəkib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri Şanxay Dəniz Bazasının təchizatları və gəmilərini nəzərdən keçirərək, bu dəniz bazasının komandanı və işçiləri ilə də görüşübdür.

General Baqeri bu mərasimdən sonra Şanxay hərbi komandanının şam ziyafətində iştirak edib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi çərşənbə günü Pekinə daxil olub. O, Çin Ordusunun Baş Qərargah rəisi, bu ölkənin hərbi komissiyasının sədr müavini və Çin Milli Müdafiə Universitetinin rəhbəri ilə görüşüb, bu universitetin müəllim və tələbələri qarşısında çıxış edibdir.