Zərif: Amerikanın "maksimum təzyiq" siyasəti heç bir nəticə qazandırmayacaq
Sen 18, 2019 15:01 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri Amerikanın İrana qarşı " maksumum təzyiq" siyasətinin nəticəsiz qaldığını bildirərək deyib: Bu siyasət hələ də davam edir.
Məhəmməd Cavad Zərif bu gün Tehranda keçirilən Cənub Şərq Asiya Birliyinin (ASEAN) təsis edilməsinin 52-ci ildönümü mərasiminin kənarında müxbirlərə verdiyi açıqlamada Amerikanın Yəmən ilə əlaqədar İrana qarşı ittihamlarına toxunaraq deyib: Amerikanlar İrana ittiham vurmaqdansa Yəmən xalqına qarşı həyata keçən cinayətləri araşdırsınlar.
Zərif Yəməndə müharibəyə son qoyulmasının vacibliyini vurğulayaraq deyib: Yəməndəki durumun yeganə həll yolu müharibəyə son qoyulmasıdır və İran bu istiqamətdə kömək edə biləcəyini dəfələrlə elan etmişdir.