“Cənubi Pars” inkişaf blokları cari günəş ilinin sonunadək təkmilləşəcək
İranın neft naziri deyib: “Cənubi Pars”ın 27 blokunun bütün dəniz bölmələri cari günəş ilinin sonunadək başa çatacaq.
İranın neft naziri Bijən Namdar Zəngəne Tehranda beşinci neft və energetika strateji konfransında əlavə edib: “Cənubi Pars”ın bütün dəniz bölmələrinin başa çatması ilə bu müştərək yatağın 11-ci blokunun inkişaf layihəsinin icra əməliyyatı bu il başlanacaq.
Namdar Zəngəne bildirib ki, sanksiyalara görə, Fransanın Total və Çinin CNP və CI şirkətləri 11-ci blokun inkişaf layihəsindən dostcasına atmosferdə kənara çəkiliblər. O, deyib: Bu blokun inkişaf layihəsi tam daxili gücə söykənərək, tezliklə başlanacaq.
Namdar Zəngəne İranın neft sənayesinin son nailiyyətləri barədə deyib: Neft nazirliyi bu illərin çətin şəraitində neft-kimya, neft və qaz sektorlarında böyük işlər görə bilib və bu il ilk dəfə olaraq, İran benzin ixracatçısı olubdur.