Noy 08, 2019 08:47 Asia/Baku
  • Amerika şər işlərin başçısı, terrorizmin maliyyə himayədarıdır
    Amerika şər işlərin başçısı, terrorizmin maliyyə himayədarıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanı şər işlərin başçısı, terrorizmin maliyyə himayədarı adlandırıb.

Seyyed Əbbas Mousəvi ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortaqusun iranofob sözlərinə cavab olaraq tvitter-də yazıb: Görəsən, dünyada təkvektorluluğa və şər işlərə rəhbərlik edən, həmçinin terrorizmin maliyyə himayədarı olan bir rejimdən bu sözləri eşitmək bir az qəribə görünmürmü?  

Morqan Ortaqus dünən İranın nüvə anlaşması üzrə 4-cü addımına reaksiyada iranofob bir ifadədə dünya ictimaiyyətindən İran İslam Respublikasına qarşı təzyiqləri artırmasını istəyib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə axşamı günü vurğuladı: İranın dördüncü addımı da öncəki addımlar kimi geridönəsidir və əgər nüvə anlaşmasının bütün tərəfləri öz öhdəliklərinə geri dönərlərsə, İran İslam Respublikası da öz öhdəliklərini icra edəcəkdir.

 

Teqlər