Noy 13, 2019 13:29 Asia/Baku
  • İran region problemlərinin yeganə həll yolu kimi dialoqun önəmini vurğulayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran daim region problemlərinin yeganə həll yolu kimi dialoqun önəmini vurğulayıb və region ölkələri arasında dialoq atmosferini yaratmaq üçün əlindən gələni edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi əmirliklərin məsul şəxslərindən birinin bölgə problemlərinin dialoq əsasında həll edilməsi və regionda müharibənin baş verməsindən çəkinməyə dair sözləri barədə belə deyib: İran İslam Respublikası region ölkələri arasında dialoq atmosferi yaratmaq üçün öncül olubdur.

Mousəvi əlavə edib: İran İslam Respublikası prezidenti tərəfindən BMT Baş Məclisinin 74-cü sessiyasında “Hörmüz sülhü” layihəsinin təqdimatı, həmçinin “Təcavüz etməmə müqaviləsi” və “Regional dialoqlar assambleyasının təşkili” təklifləri/ dialoq və siyasi müzakirə fonundadır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqın və Fars Körfəzinin cənub ətrafındakı ölkələrin başçılarına “Hörmüz sülhü” layihəsinin təqdim olunmasına işarə edərək, əlavə edib: Bu layihə xalqların müqəddəratının təyin edilməsi haqqı, ölkələrin daxili işlərinə müdaxilədən çəkinmə, ölkələrin suverenliyinə hörmət, böhranların dinc formada həlli, gücdən istifadə ilə təhdiddən çəkinmə kimi ortaq prinsiplərə söykənməyə əsalanan İranın və qonşu ölkələrin birgə təhlükəsizliyinə təkid edir.

 

 

Teqlər