Dek 01, 2019 16:51 Asia/Baku
  • Laricani: Amerikan rəsmilər maksimum təzyiq siyasətini kənara qoymalıdırlar
    Laricani: Amerikan rəsmilər maksimum təzyiq siyasətini kənara qoymalıdırlar

İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: Amerikanın İran İslam Respublikasına qarşı maksimum təzyiq siyasəti heç şübhəsiz ki, səhv metoddur və ABŞ dövlət başçıları bu siyasəti kənara qoymalıdırlar.

İİR İŞM-in sədri Əli Laricani bu gün daxili və xarici media mənsublarının iştirakı ilə keçirilən mətbuat konfransında CBS nyus telekanalının müxbirinin " İran ilə ABŞ əlaqələrindəki çıxılmaz vəziyyətə son qoymağın yolu nədir?" sualına cavabda deyib: Bəzi ölkələr İran ilə Amerika arasında müzakirələr üçün səy göstərirlər və Tehran da müzakirə yollarını bağlamayıb ancaq əsas budur ki, amerikanlar İrana qarşı tutduqları metodun düzgün olmadığını başa düşsünlər. 

İİR İslami Şura Məclisinin sədri Avropa Parlamentinin İran İslam Respublikasına qarşı tənqidləri barədə deyib: Avropanın rəftarı bəzi sahələrdə həqiqətən insaflı deyil həmçinin İranın avropalılar kimi düşünməsinə səbəb yoxdur, İran parlamentii və Avropa Parlamenti üzvləri arasında müzakirə yolu bağlı deyil və danışıq yolu mövcuddur. 

İranın qanunvericilik orqanının sədri İraqdakı son hadisələr barədə isə deyib: İraqın ali dini mərcəyi olan Ayətullah seyid Əli Sistaninin tədbiri nəticəsində məsələ həll olmaq istiqamətindədir və İrandan hansısa kömək istənilərsə İran İslam Respublikası İraq xalqı və dövlətinin qulluğunda olacaq. 

Teqlər