İnteqrasiya; asiyalı məclislərin iclası müsbət yönlərdən
https://azeri.sahartv.ir/news/İran-i354074-İnteqrasiya_asiyalı_məclislərin_iclası_müsbət_yönlərdən
İran İslam Şurası Məclisinin sədri iranlı heyətin Asiya Parlamentləri Assambleyasının 12-ci iclasındakı iştirakını faydalı adlandırıb, İranın baxışlarının bəyanını üzvlər arasındakı inteqrasiyada müsbət dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2019 14:17 Asia/Baku
  • İnteqrasiya; asiyalı məclislərin iclası müsbət yönlərdən
    İnteqrasiya; asiyalı məclislərin iclası müsbət yönlərdən

İran İslam Şurası Məclisinin sədri iranlı heyətin Asiya Parlamentləri Assambleyasının 12-ci iclasındakı iştirakını faydalı adlandırıb, İranın baxışlarının bəyanını üzvlər arasındakı inteqrasiyada müsbət dəyərləndirib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Türkiyə səfərindən geri dönərkən Tehranın Mehrabad hava limanında əlavə edib: Asiya ölkələri bu iclasda ötən iclasla müqayisədə daha yaxın və uyğun mövqeyə malik idilər.

İran İslam Şurası Məclisinin sədri söyləyib: Bu iclasda vurğulandı ki, dünyadakı müxtəlif qütblərin imkanlarından istifadə olunmalıdır və nəzərdən qaçırılmamalı qütblərdən biri, Asiyadır.

Əli Laricani Türkiyənin Antaliya şəhərinə səfərdə Asiya Parlamentləri Assambleyasının 12-ci iclasında iştirakdan əlavə, Türkiyə və Qətərin parlament sədləri,  həmçinin Oman məclisinin sədr müavini ilə görüşüb.