Dek 19, 2019 13:59 Asia/Baku
  • İranda insan haqlarının vəziyyəti barədəki qətnamə pislənir və rədd olunur
    İranda insan haqlarının vəziyyəti barədəki qətnamə pislənir və rədd olunur

İran Xarici İşlər Nazirliyinin sözçüsü BMT Baş Məclisinin 74-cü sessiyasında Kanada tərəfindən İranda insan haqlarının vəziyyəti barədə irəli sürülən qətnaməni rədd edib və pisləyibdir.

Seyyed Əbbas Musəvi diqqəti hər cür insan haqları normasına laqeyd olan, terrorizm və ekstremizmə dəstək verən, həmçinin əsas insan haqlarının pozucusu olan sionizm cəbhəsilə regionun mürtəce rejimlərinin həmkarlığına çəkib və bunu İran əleyhinə insan hüquqları qətnaməsinin qanunsuz olmasına aydın bir dəlil adlandırıb.

Qeyd olunan qətnamənin himayədarlarının ölkələrin insan haqları durumu barədəki yanaşmalarının ikili standartlara söykəndiyini bildirən Musəvi vurğulayıb ki, İran İslam Respublikası BMT mexanizmlərinin bu cür sui-istifadələrə məruz qalmasından təəssüf ifadə edir. 

Musəvi deyib: İran İslam Respublikası dini demokratik bir quruluşdur və özünün dini və əxlaqi öhdəlikləri çərçivəsində, habelə öz əsas qanununa və beynəlxalq müahidələrə sadiq qalaraq, addımlayır və əməldə də özünü ona riayət etməyə borclu bilir.

 

Teqlər